BMT-nin İnsan Hüquqları Şurası İrandakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək
BMT-nin İnsan Hüquqları Şurasının noyabrın 24-də Cenevrədə (İsveçrə) xüsusi iclası keçiriləcək və İranda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə ediləcək.
Agsaqqallar.com“Report”a istinadən xəbər verir ki, İranda qadın və uşaqlarla bağlı vəziyyətə xüsusi diqqət yetiriləcək.
Xüsusi sessiya ərəfəsində BMT-nin İnsan Hüquqları Şurasının hazırkı sədri Federiko Vileqas sessiya və onun təşkili ilə bağlı məlumat xarakterli məsləhətləşmələr keçirəcək.