Azərbaycan Lüksemburqda beynəlxalq sərgidə zəngin məhsulları ilə təmsil olunur
Azərbaycan Lüksemburqda keçirilən beynəlxalq kənd təsərrüfatı sərgisi “Bazar International”da özünün zəngin məhsulları ilə təmsil olunur.
“Report” xəbər verir ki, bu, “Luxembourg Times”ın hazırladığı reportajda vurğulanıb.
Nəşr xüsusi olaraq vurğulayıb ki, beynəlxalq bazardakı Azərbaycan köşkü təzə məhsullarla, o cümlədən nar, heyva və yaşıl, yumurta formalı feyxoa meyvələri ilə doludur. Şərablar, yağlar, qida qatqıları və dəyərli məhsullar var: “Əslən Azərbaycandan olan Seymurun (soyadı qeyd edilmir-red) dediyinə görə, onlar xüsusi olaraq bazar üçün gətirilib”.
“Stendi idarə edən (digər azərbaycanlı – red) Samir (soyadı qeyd edilmir – red) adlı gənc deyir ki, Lüksemburqa gələndə həmyerliləri ilə görüşdüyü, gördüyü yer bazar olub. “Ev üçün darıxanda bura ünsiyyət üçün ən yaxşı yer idi və bütün bu yeməklər məni cəlb edirdi”.
“Fuad deyir ki, Lüksemburqda 200-ə yaxın azərbaycanlı yaşayır, amma bura gələn gənclərin çoxu yerli dili öyrənib vətəndaşlıq alır. O, qürurla iddia edir ki, 2007-ci ildə Lüksemburqda vətəndaşlıq alan ilk azərbaycanlı olub”, – “Luxembourg Times” əlavə edib.
Azərbaycan stendinin təşkilatçıları Montrö Caz Festivalının qalibi, pianoçu İsfar Sarabskini sərgidə musiqi ifasına dəvət edib.
Qeyd edək ki, beynəlxalq satış sərgisində dünyanın onlarla ölkəsi o cümlədən Əfqanıstan, Kolumbiya, Keniya, İslandiya, Slovakiya, Macarıstan, Rumıniya, Çexiya, Hindistan təmsil olunurlar.
Oxşar Xəbərlər
- Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə təntənəli tədbir keçirilib
- Azərbaycanda daha bir həkim koronavirusdan öldü
- Vüqar Bayramov: Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılır