" />

Sudeyif İmamverdiyev: “Şimali Kiprin Türk Dövlətləri təşkilatına qəbul olunması Türk dünyası üçün xüsusi əhəmiyyətə malikdir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu, Şimali Kipr Türk Cümhuriyyətinin öz hədəflərinə doğru yolda tarixi nailiyyətidir”

“Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatında Türkmənistan və Macarıstan kimi müşahidəçi qismində təmsil olunacaq. Bununla bağlı Təşkilatın Dövlət başçılarının Səmərqənd Zirvəsində qərar qəbul olunub. Hesab edirik ki, bu qərar Şimali Kipr Türk Cümhuriyyətinin öz hədəflərinə doğru yolda əldə etdiyi tarixi nailiyyətdir. Bu münasibətlə Şimali Kiprin Prezidenti, əziz dostumuz Ersin Tatarı, TAİB-lə sıx əməkdaşlıqda olan hökumət nümayəndələrini, eləcə də ŞKTC-nin Bakı nümayəndəliyinin rəhbərliyini təbrik edirik”.

Bunu mətbuata açıqlamasında Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyev deyib.

TAİB sədri qey edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 39-cu ildönümü ərəfəsində belə bir hadisənin baş verməsi xüsusi əhəmiyyətə malikdir:

“Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti bu ilin yazında Şimali Kipr Türk Cümhuriyyətinə səfər etmişdi. Orada həm prezident, həm də nazirlərlə görüşdük. Həmin görüşlərdə Şimali Kiprin perspektivləri barədə xeyli müzakirələr apardıq. Şimali Kipr rəsmiləri Türk dövlətlərindən gözləntilərini də bizimlə bölüşdülər. Sevindirici haldır ki, bu gün dostlarımızı gözləntilərinin doğrulması münasibəti ilə təbrik edirik. İnanırıq ki, gələcəkdə Şimali Kiprlə bağlı daha ciddi tarixi hadisələrin şahidi olacağıq”.

TAİB sədri onu da bildirib ki, Türk Ağsaqqalları Birliyi Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi dairələri, ictimaiyyət nümayəndələri və təhsil ocaqları ilə əməkdaşlığını bundan sonra daha sıx şəkildə davam etdirəcək:

“Fürsətdən istifadə edərək sözügedən tarixi hadisə münasibəti ilə Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvü, Şimali Kiprin Girnə-Amerikan Universitetinin rektoru Serhat Akpınarı və Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri, TAİB-in yaxın dostu Orxan Həsənoğlunu da təbrik edirik”.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR