" />

Karaçanta Murtaza : “İranın Azərbaycana qarşı məkrli, xəyanətkar təxribatları davam edir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu ay Azərbaycanın Zəfər ayıdır. Bu qələbə təkcə Azərbaycanın deyil, Türkün qələbəsidir. Biz də bu şənliyə qoşularaq Azərbaycan və Türk dünyasına xoş bayram arzulayırıq. Yaşasın Azərbaycan!

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın Turan elləri!”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türkiyə Çağdaş Azərbaycan Dərnəyinin rəhbəri, TAİB-in İdarə Heyətinin üzvü Karaçanta Murtaza deyib.

O, qeyd edib ki, Türk birliyi naminə görülən hər bir iş şanlı Türk tarixinin bir səhifəsidir. TAİB üzvü İranla bağlı məsələyə də toxunub.

“6 min ildir ki, yazılı tarixin səhifələri var. Bu səhifələrə nəzər salanda İran tarixinin nə qədər faciəvi, nə qədər təhrifli olduğunu görürük. Müasir İrаn indi müxtəlif tayfaların vətəni olduğu kimi, qədimdə də hakim türk tayfalarının vətəni olmuşdur. Bu gün İran din pərdəsi altında əzazil siyasət yürütməklə, tarixi təhrif etməklə hal-hazıradək orda yaşamağa davam edən qədim tayfaların tarixinin üzərinə kölgə salmağa çalışır. Azərbaycanın tarixi vətəni olan İranda azərbaycanlılar öz doğma dillərində belə danışa, yaza bilmirlər. Və İranın bu gün də Azərbaycana qarşı məkrli, xəyanətkar təxribatları davam edir. Biz bunun bariz nümunəsini 44 günlük Vətən Müharibəsində İranın Ermənistana uzatdığı “qardaş köməyi”ndə görmüşük. Biz qardaş ölkə olaraq həm Ermənistanın, həm İranın təxribatlarını, hədələrini pisləyir, tarixi ədalətin bərpasını istəyirik. Həm təşkilat üzvü olaraq, həm türk xalqı olaraq hər zaman Azərbaycanın dövlətinin, millətinin yanındayıq!”-deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR