TAİB nümayəndələri Daşkənddə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi konfransda iştirak ediblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyətinin üzvləri Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Daşkənddə Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində, “Türk dünyasında mənəvi davamlılıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak ediblər.

Qazax dilində təhsilin banilərindən olan, məşhur türkoloq alim Əhmət Baytursınov və qazax yazıçısı və alimi Muxtar Auezovun xatirəsinə həsr olunmuş konfransda Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev mövzu ilə bağlı məruzəçi kimi çıxış edib. Türk xalqları arasında mənəvi bağlardan söz açan TAİB sədri, xalqların tarixi və mədəni irsinin araşdırılması, eləcə də dərin köklərə malik olan ənənələrin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən geniş şəkildə bəhs edib.

Sudeyif İmamverdiyevin çıxışının böyük maraqla qarşılandığı konfransda Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məclidli, Azərbaycanın Özbəkistandakı Səfirliyi nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və müxtəlif Türk ölklərini təmsil edən alimlər də çıxış edərək mövzu ilə bağlı aktuallıq kəsb edən məqamlara toxunublar.

Konfransda TAİB nümayəndə heyətinin təmsilçiləri, sədr müavini Eyvaz Hünbətov, İdarə Heyətinin üzvü Məcid Hacıyev, İcra Aparatının rəhbəri Nicat Dağlar və sədrin xarici əlaqələr üzrə müavini Elnur Eltürk də iştirak edib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR