Mirziyoyev və Orban birgə investisiya layihələrin icrasını müzakirə ediblər
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb..
Görüş zamanı tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsi üçün maliyyələşdirmə mexanizmləri və əlverişli şəraitin yaradılması məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Ş.Mirziyoyevin oktyabrda Macarıstana rəsmi səfəri zamanı iki ölkə arasında 1 milyard dollarlıq birgə layihələrin həyata keçirilməsi üçün “yol xəritəsi” qəbul edilib.
Oxşar Xəbərlər
- İrəvanda keçirilən Avropa Çempionatında qələbələrini Azərbaycana həsr edən Türkiyə idmançılar təltif ediliblər
- Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır
- TAİB nümayəndələri Türk Dünyası Parlamentlər Vakfını ziyarət ediblər – QHT sektoru ilə bağlı müzakirələr aparılıb – Fotolar