" />

“Cənab Prezidentin müəyyən etdiyi yol TAİB-in strateji xəttidir”- Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində Özbəkistanda keçirilən konfrans barədə fikirlər paylaşıb.

Agsaqqallar.com Ramin Əhmədovun “Özbəkistan konfransımız barədə” başlıqlı paylaşımını olduğu kimi təqdim edir:

“Türk Ağsaqqalları Birliyi – TAİB-in 2022-ci il üçün müəyyən edilmiş fəaliyyət proqramına uyğun olaraq Özbəkistanın paytaxtında 8 Noyabr Zəfər Günü ilə bağlı təşkil etdiyimiz konfransın uğurlu nəticələri, qarşıya qoyulmuş vəzifələrin tam mənada icrası münasibətilə TAİB üzvlərinin hər birini təbrik edirəm.
TAİB-in Özbəkistan səfəri Türk ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması xüsusunda yeni imkanlar yaratdı. Türk Ağsaqqalları Birliyi – TAİB olaraq bu imkanları dəyərləndirib qarşıdakı mərhələ üçün daha effektiv layihələr üzərində işləməyi düşünürük. Dövlətimizin və bilavasitə möhtərəm cənab Prezidentin müəyyən etdiyi yol əslində Qeyri Hökumət Təşkilatları üçün də strateji xətdir. Biz belə düşünür və fəaliyyətimizi də məhz bu prinsip əsasında qururuq.

TAİB-in Özbəkistan konfransı göstərdi ki, fəaliyyət proqramımız çağdaş dövrün tələblərinə cavab verir və Türk ölkələrinin ictimai dairələri tərəfindən dəstəklənir.

TAİB təsisçisi olaraq Özbəkistanda səfərdə olmuş nümayəndə heyətimizin hər bir üzvünə – İdarə Heyətində təmsil olunan dəyərli millət vəkillərimizə öz minnətdarlığımı bildirir, qarşıdakı layihələrimizdə də uğurlar arzu edirəm.

Əziz TAİB üzvləri, hər birinizlə qürur duyuram!”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR