Özbəkistanın “Nurani”(Ağsaqqal) Fondunda TAİB rəhbərliyi ilə görüş keçirilib – Bakı-Daşkənd əlaqələri dərinləşir – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstanda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyəti bu ölkənin Bələdiyyələrə Dəstək və Yaşlı Nəslin Təminatı nazirinin müavini, Respublika “Nurani”(Ağsaqqal) Fondunun İdarə Heyətinin sədri Sadıqcon Turdiyevlə görüşüblər.

Missiya.Az xəbər verir ki, Sadıqcon Turdiyev TAİB İdarə Heyətinin üzvlərini “Nurani” Fondunun binasında səmimiyyətlə qarşılayaraq Azərbaycan ağsaqqallarını Daşkənddə görməkdən şad olduğunu bildirib. TAİB sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev haqqında çox eşitdiklərini qeyd edərək Azərbaycan və Özbəkistan ağsaqqalları arasında əlaqələrin dərinləşməsində maraqlı olduqlarını vurğulayıb. Təmsil olunduğu nazirliyin və rəhbərlik etdiyi Fondun fəaliyyəti barədə geniş məlumat verən Sadıqcon Turdiyev iki ölkə arasında əməkdaşlığın hazırkı yüksək səviyyəsinə diqqət yönəldərək mövcud imkanların ağsaqqallar arasında əlaqələrin genişlənməsi üçün də perspektivlər yaratdığını deyib.

TAİB-in sədri, akademik Sudeyif İmamverdiyev səmimi və isti qarşılanmaya, söylədiyi xoş sözlərə görə nazir müavininə öz təşəkkürünü bildirib və rəhbərlik etdiyi təşkilatın əsas məqsədlərindən söz açıb. Sudeyif İmamverdiyev qeyd edib ki, Türk dünyasında ağsaqqal sözünün həmişə xüsusi çəkisi olub və TAİB də əsasən gənc nəslin milli ruhda formalaşmasında, türk xalqları arasında inteqrasiyanın sürətlənməsində ağsaqqalların malik olduğu təcrübədən istifadə etməklə Türk birliyinin möhkəmləndirilməsinə töhfə verməyə çalışır.

TAİB sədri həyata keçirdikləri layihələr, Türk ölkələrində təşkil etdikləri konfranslar və keçirdikləri görüşlərdən də söz açaraq Türk dünyasında xüsusi mənəvi dəyəri ilə seçilən Özbəkistanın vətəndaş cəmiyyəti institutları, eləcə də “Nuranilər”(Ağsaqqallar) Fondu ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını da bildirib.

Görüşün sonunda nazir müavini TAİB –in sədrinə Özbəkistanın milli geyimini hədiyyə edib. TAİB-in görüşdə iştirak edən İdarə Heyətinin üzvlərinə də “Nurani”(Ağsaqqal) Fondunun xüsusi xatirə hədiyyələri təqdim olunub.

TAİB sədri Sadıqcan Turdiyevi Azərbaycana qonaq dəvət edib.

Qeyd edək ki, görüşdə TAİB-in sədr müavini Eyvaz Hünbətov, İdarə Heyətinin üzvü Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və təşkilatın xarici əlaqələr üzrə sədr müavini Elnur Eltürk də iştirak edib

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR