Türkiyənin Özbəkistandakı səfiri TAİB nümayəndələrini qəbul edib – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyəti noyabrın 7-də Daşkənddə Türkiyənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Olqun Bekarla görüşüblər .

Agsaqqallar.com xəbər verir ki, Səfirliyin binasında keçirilən görüşdə səfir Olqun Bekar TAİB nümayəndələrini Özbəkistanda görməkdən və Hulusi Kılıçın TAİB həmsədri təyin olunmasından məmnun olduğunu bildirib.

Türk dövlətləri arasında əlaqələrin bugünkü səviyyəsindən söz açan Olqun Bekar münasibətlərin dərinləşməsi və xalqlar arasında əlaqələrin inkişafında Türkiyə və Azərbaycan prezidentlərinin xüsusi roluna diqqət yönəldib.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev səmimi qəbula, göstərilən yüksək diqqətə görə səfir Olqun Bekara təşəkkürünü bildirib.

TAİB sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihələri barədə söz açaraq Türk birliyinin möhkəmləndirilməsinə, Türk xalqları arasında inteqrasiyanın sürətləndirilməsinə vətəndaş cəmiyyəti institutlarının da töhfə verə biləcəyini qeyd edərək, TAİB-in bu yöndə həyata keçirdiyi proqramın ayrı-ayrı istiqamətlərindən də bəhs edib. Sudeyif İmamverdiyev TAİB-in Türk dövlətlərinin QHT-ləri, ağsaqqallar, elm və mədəniyyət xadimlərilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu səfirin diqqətinə çatdırıb.

Türk Ağsaqqalları Birliyi – TAİB-in Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıç Türkiyə səfirinin diplomatik fəaliyyətini yüksək qiymətləndirərək onunla birgə çalışdığı dövrləri xatırlayıb.

TAİB-in nümayəndə heyətində təmsil olunan, millət vəkilləri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri Ramil Həsən və Müşfiq Cəfərov öz növbələrində Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişaf perspektivlərinə toxunaraq iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin böyük üstünlüklər vəd etdiyini vurğulayıblar.

Görüşdə Türkiyənin Özbəkistandakı səfirinə Türk dünyasının inkişafındakı xidmətlərinə görə Türk Ağsaqqalları Birliyi – TAİB-in xüsusi plaketi təqdim olunub. TAİB-in Türk dünyası üzrə həmsədri Hulusi Kılıç 44 günlük Vətən Müharibəsində həsr etdiyi kitabı da da Türkiyə səfirinə təqdim edib.

Türkiyənin Özbəkistandakı səfiri ilə görüşdə TAİB sədrinin müavini Eyvaz Hünbətov, İdarə Heyətinin üzvü Məcid Hacıyev, TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk də iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR