Nizami rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Nizami rayonunda Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, YAP Nizami rayon təşkilatının sədri, rayon ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları “Zəfərə gedən yol” adlı sənədli filmə baxıblar.

 

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək bildirib ki, xalqımız artıq ikinci ildir ki, Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb.

Məhz cənab Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli ordumuz onillər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoydu, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücü ilə icra edərək ikili standartları zərərsizləşdirdi. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası və “dəmir yumruğu” qarşısında diz çökdü. Dövlət başçısımızın heç bir beynəlxalq təzyiqə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyi cəsarətli çıxışları və diplomatik addımları sayəsində ata vəsiyyəti parlaq şəkildə ləyaqətlə yerinə yetirildi.

Müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq. Bu gün Qarabağ yeni dövrünü yaşayır, cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir, müxtəlif beynəlxalq tədbirlər təşkil edilir. Xalqımız əmindir ki, həyat keçirilən məqsədyönlü işlər nəticəsində ölkəmizin digər guşələri kimi bu torpaqlarımız da tezliklə cənnətə çevriləcəkdir.

Tədbirdə çıxış edən Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Milli Məclisin deputatları Könül Nurullayeva, Rasim Musabəyov, Vətən müharibəsi qazisi, baş leytenant Arif Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramin Vəlibəyov münasibətilə öz təbriklərini çatdırıblar, eyni zamanda xalqımıza bəxş etdiyi böyük Qələbəyə, Azərbaycanımızın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə şərəfli fəaliyyətinə, işğaldan azad olunmuş torpaqlarımızda aparılan iri həcmli quruculuq-abadlıq işlərinə, habelə şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və sonsuz minnətdarləqlarını bildiriblər.

Tədbir Zəfər Gününə həsr olunmuş ədəbi-musiqili proqramla tamamlanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR