İqdırda Zəfər bayramı izdihamla qeyd olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsalın təşkilatçılığı ilə Türkiyənin İqdır şəhərində Azərbaycanın Zəfər bayramı təntənə ilə qeyd olunub.

Agsaqqallar.com xəbər verir ki, izdihamlı tədbirdə İqdır və ətraf rayonların əhalisi iştirak edib. “Azərbaycan candır, Qarabağ Azərbaycandır!”- şüarı altında keçirilən tədbiri giriş sözü ilə açan Serdar Ünsal bildirib ki, Türkiyə-Azərbaycan əkiz qardaşdırlar. Bu birlik əbədidir və heç bir qüvvə bu birliyi poza bilməyib, bilməz də.

İqdırdan Azərbaycana qardaşlıq salamı göndərən çıxışçılar, Azərbaycan Ordusunun şücaətindən fəxrlə danışıb, çal-çağırla tədbirə rəng qatıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR