Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı TAİB-in təsisçisi Ramin Əhmədovla görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Türkiyənin Azərbaycandakı səfiri cənab Cahid Bağcı ilə görüşüb.

Agsaqqallar.com xəbər verir ki, Türkiyə Səfirliyində keçirilən görüşdə Ramin Əhmədov səmimi qarşılanmaya görə cənab səfirə təşəkkürünü bildirib, qardaş ölkənin səfirliyində olmaqdan məmnunluq hissi keçirdiyini deyib.

Görüşdə Türk Ağsaqqalları Birliyi – TAİB-in fəaliyyəti, həyata keçirilmiş layihələr və qarşıdakı planlar barədə Cahid Bağcıya ətraflı məlumat verilib.

Söhbət əsnasında TAİB-lə Türkiyə Səfirliyi arasında əməkdaşlıq imkanları və TAİB İdarə Heyətinin üzvləri ilə görüşün keçirilməsi də nəzərdən keçirilib.

Görüşdə TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk də iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR