" />

TAİB-in təsisçisi Ramin Əhmədov:”Həyata keçirdiyimiz bütün layihələr dövlət və milli maraqlara əsaslanır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in təsisçisi Ramin Əhmədov:”Həyata keçirdiyimiz bütün layihələr dövlət və milli maraqlara əsaslanır”.

“Təşkilatımız yarandığı gündən böyük layihələrə imza atıb. Bizim gələcək planlarımız ümumtürk kontekstindədir. Çox böyük planlarımız var və inanıram ki, atdığımız addımlar Türk dünyasının birliyinə töhfələr verəcək”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov deyib.

O, qeyd edib ki, TAİB-in İdarə Heyətində türk ölkələrinin sayılıb-seçilən ziyalıları, ağsaqqalları var. Hazırda qarşıdakı mərhələ üçün nəzərdə tutduğumuz layihələr ətrafında müzakirələr gedir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, bütövlükdə türk dövlətləri ilə münasibətləri gücləndirməyə üstünlük verir. Biz də vətəndaş cəmiyyəti institutu olaraq bu siyasəti alqışlayır və dəstək olmağa çalışırıq” – deyə Ramin Əhmədov vurğulayb.

Qeyd edək ki, Ramin Əhmədov uzun illərdir ki, Dövlət əhəmiyyətli layihələr həyata keçirir, artıq bir ildir ki, təşkilat Türk dünyası ilə bağlı böyük konfrans və layihələrlə çıxış edir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR