Özbəkistanda Turizm Həftəsi başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanın Səmərqənd şəhərində Beynəlxalq Turizm Həftəsi keçirilir.

Agsaqqallar.com Missiya.Az -a istinadən xəbər verir ki, Beynəlxalq həftənin keçirilməsində əsas məqsəd ölkədə ziyarət turizminin potensialını üzə çıxarmaq, Özbəkistanı dünya sivilizasiyasının mühüm mərkəzlərindən biri kimi tanıtmaq, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək rəğbət qazandırmaq, ziyarətlərin şaxələndirilməsidir.

Turizm həftəsi Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü ilə bir sıra təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil olunub.
O cümlədən, proqrama Səmərqənddə yeni “İpək Yolu” turizm mərkəzinin açılışı, “Xivə – İslam dünyası turizminin paytaxtı” mövzusunda Beynəlxalq Əl İşləri Sərgisi, “Dünyanın Ustadları” yarmarkası və digər tədbirlər daxildir.

Leyla SƏMƏNDƏR
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR