ABŞ Senatında Cənubi Qafqazla bağlı dinləmə keçiriləcək
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin qiymətləndirilməsi ilə bağlı müzakirə keçiriləcək.
Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, Senatın müvafiq Komitəsində dinləmələr noyabrın 16-da baş tutacaq.
Dinləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edəcəklər.