Türkiyə XİN başçısı: “Azərbaycanın azad olunmuş ərazilərində açılan aeroportlar mühümdür”
“Azərbaycanın azad olunmuş ərazilərində açılan aeroportlar mühüm əhəmiyyət daşıyır”.
Agsaqqallar.com “Report” a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Can Azərbaycana verdiyimiz dəstəklə Cənubi Qafqazda 30 illik işğal başa çatdı. “Prezidentlərimizin imzaladığı Şuşa Bəyannaməsi ilə əlaqələrimiz müttəfqilik səviyyəsinə qalxdı. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında açılan aeroportlar mühüm əhəmiyyət daşıyır”, – o bildirib.
Çavuşoğlu türk dövlətləri arasında əlaqələrin gücləndiyini vurğulayıb.