İlham Əliyev: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb”.
Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdə deyib.
Onun sözlərinə görə, bugünkü iclas regional məsələlərə həsr olunub: “İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtı çatıb. Təbii ki, biz bu məsələdə sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş birinci olmayacaq. Sizin təşəbbüsünüzlə belə görüşlər keçirilib və bu, normallaşma prosesinə çox yaxşı təkan verib”.