TAİB-in İdarə Heyətinin üzvü Kərkükdən “Şuşaya salam!” dedi….

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu günlərdə TAİB-in İdarə heyətinin üzvü, türk dünyasının tanınmış yazarı, İraq-Türkmən şairi Şəmsəddin Kuzəçi Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər keçiriləcək “Şuşaya salam” layihəsinin iştirakçısı olub.
Bu barədə Agsaqqallar.com saytına açıqlama verən TAİB üzvü bildirib ki, Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir deyəcək, şəhər haqqında öz təəssüratlarını danışacaqlar.
“ İraqı təmsil etmək də mənim payıma düşdü. Mənim doğma vətənim sandığım Azərbaycan, onun cənnət məkanı olan Qarabağ və Şuşa barədə fəxarətlə danışmaq köksümüzü qabardır. Ümummilli Lider, mərhum Heydər Əliyev deyirdi ki, tarixi araşdırdığımızda görürük, Şimali Azərbaycan, Cənubi Azərbaycan, İraq türkmanları bir bütünün parçalarıdır. Və biz də o bütünün parçaları, İraq türkmanları olaraq “Şuşa ili” münasibətilə ən əvvəl Azərbaycan xalqını və Şuşa sakinlərini cani-dildən təbrik edirik. Şuşa həqiqətən Azərbaycanın qəlbidir, mədəniyyət mərkəzidir və təbiətin gözəlliyidir. Buna görə də təkrar Azərbaycan xalqını təbrik edirik. Layihənin iştirakçısı olaraq-“Şuşam salam!”-dedim. Kərkükün qalasından, öz türkmən balasından, Kərbəla havasından, Fizuli nəfəsindən, Kuzəçinin səsindən Vətənim Qarabağa min salam gətirmişəm-dedim. Bu gün böyük qürur duyuram! Türk dünyasının Zəfər təntənəsinə qatıldığım üçün!”-deyə Ş. Kuzəçi vurğulayıb.
Qeyd edək ki, Kərkükün səsi olan tanınmış yazar TAİB-in ilk üzvlərindən biridir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR