Paşinyan: “Rəsmi İrəvan Bakı ilə münasibətlərin qurulması prinsipi ilə razıdır”
“Ermənistan rəsmi Bakı ilə münasibətlərin qurulması ilə bağlı Rusiyanın təqdim etdiyi əsas prinsiplərlə razıdır”.
Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan tviter səhifəsində yazıb.
“Sentyabrın əvvəlində rəsmi İrəvan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, – N.Paşinyan yazıb.
Xatırladaq ki, daha əvvəl Paşinyanın oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyi planlaşdırdığı açıqlanmışdı.