Karaçanta Murtaza:”TAİB türk birliyinin inkişafı yolunda mühüm addımlar atır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Ağsaqqalları Birliyinin türk dünyasının böyük dəyəri olan Yunus Əmrəni anması, türk birliyinin inkişafı yolunda atdığı böyük addımlardan biridir. Yunus Əmrə elə bir dəyərdir ki, bütün türk dünyası ondan bəhrələnib”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türkiyə Çağdaş Azərbaycan Dərnəyinin rəhbəri Karaçanta Murtaza deyib.

O, bildirib ki, ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədi ilə dünyanı gəzmiş, mənəvi rahatlığını dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır.

“Bu gün türk dünyasında Yunus Əmrənin ehtimal olunduğu bir neçə məzar var. Bunlardan birinin də Azərbaycanda olduğunu bilirik. Hətta onun barəsində çəkilmiş bir filmdə də bu yer alıb. Mən Qaxı görməmişəm. Amma bizim əvvəlki ölkə başçımız Abdulla Gülün oranı ziyarət etməsi ölkə mətbuatının gündəmi olmuşdu. O zaman ekrandan görmüşdük oranı. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın uyuduğu məzarlığın abadlığına görə Qax əhlinə təşəkkürümü bildirirəm. Buranın müqəddəs məkan kimi bu gün də yad edilməsi bir daha Azərbaycan türkləri ilə Anadolu türklərinin eyni mədəniyyətli qardaş xalq olduğunun sübutudur. Mən bir daha TAİB rəhbərliyinə belə gözəl təşəbbüs üçün minnətdarlığımı bildirirəm”-deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR