" />

İlham Əliyevi çətin döyüş gözləyir – Soçidə nələr olacaq?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Rusiyanın pozuculuq siyasəti və Putinin erməniləri ayağa qaldırmaq niyyəti – Soçidə nələr olacaq?

Vladimir Putinin dünənki çıxışı Ermənistanda “Vaşinqton sənədi” ətrafında müzakirələri aktivləşdirib. Dünənə qədər proseslərə loyal münasibət sərgiləyən erməni ictimaiyyəti bu gün sanki komanda alıbmış kimi müqavimət ruhu nümayiş etdirir.

Hazırda İrəvanda keçirilən “Lazerev klubu”nun toplantısına eştirak edənlər “Vaşinqton sənədi”nin Ermənistanın maraqlarına cavab vermədiyinə və ermənilərin xilasının ancaq Rusiyanın əlində olduğuna dair fikirlər səsləndirirlər. “Biz Qarabağı Azərbaycanın tərkibində saxlayacaq sənədin imzalnamasına imkan verməməli və bunun qarşısına almaq üçün hər şey etməliyik”- deyən erməni siyasətçilər və ictimaiyyət nümayəndələri hətta Qarabağda etiraz aksiyalarının baş qaldıracağını da anons edirlər.

Diqqətçəkən odur ki, bütün açıqlamalarda məhz Putinin Valdaydakı çıxışından misallar göstərilir. Xüsusilə qeyd olunur ki, Rusiya prezidenti bütün məsuliyyəti erməni xalqının üzərinə qoyub. Yəni əgər xalq da Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verən Paşinyanın mövqeyi ilə razılaşacaqsa, Rusiya artıq heç nə edə bilməyəcək. Ermənilər hesab edirlər ki, Putin bununla, “ermənilərdən artıq erməni ola bilmərəm” demək istəyib və xalqı mövqe bildirməyə meyilləndirmək məqsədi güdüb.

Əlbəttə, ermənilərin Putinin çıxışından yalnış qənaətə gəldiklərini deyə bilmərik. Rusiya prezidentinin çıxışının alt qatında ermənilərin yeni etiraz dalğasını yaratmaq məqsədinin dayandığını görməmək mümkün deyil. Kreml sahibi ciddi cəhdlə çalışır ki, Soçi görüsü ərəfəsində əlini gücləndirib Qərbin təsəbbüsü və əsas iştirakçılığı ilə inkişaf etməkdə olan nizamlama prosesini pozmağa müvəffəq olsun.

Putinin dünənki çıxışı, bunun ardınca Ermənistanda kütləvi müqavimət hərəkatına meyillərin baş qaldırması və ümumən hadisələrin inkişafında müşahidə olunan arzulanmaz elementlər onu deməyə əsasə verir ki, oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüş əvvəlkilərdən bütün parametlər üzrə fərqlənəcək. Dövlətimizin başçısını yekun və həlledici mərhələdə çətin döyüş gözləyir.

Allah köməyi olsun! İnanırıq, güvənirik!

Nicat Dağlar
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR