Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə NƏ DANIŞDI?
Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Agsaqqallar.com SİA– ya istinadən xəbər verir ki, bu barədə C.Bayramov “Twitter” səhifəsində bildirib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
“Azərbaycanın regionda sülhə və sabitliyə sadiqliyini və buna nail olmağa tam hazır olduğunu bir daha təsdiqlədim”, – nazir yazıb.