Tanınmış özbək yazıçı, professor Babaxan Şerif: “Bilim insanlarının toplaşdığı bu platforma öncüllüyü və təntənəsi ilə fərqlənir”-Açıqlama

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Ağsaqqallar Birliyi türk dünyasının inkişafı üçün ictimai, siyasi, mədəni sahələrdə mühüm addımlar atır, möhtəşəm və maraqlı layihələr həyata keçirir. TAİB Türk dünyasına açılan böyük bir pəncərədir. Təşkilatın atdığı addımlarda birlikdə böyümək potensialını görürəm. Ziyalıların, bilim insanlarının toplaşdığı bu platforma öncüllüyü və təntənəsi ilə fərqlənir”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, tanınmış özbək yazıçı, tədqiqatçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru, professor Babaxan Şerif deyib.

O, bildirib ki, Zəfər tarixilə doğulan təşkilat az müddətdə çox işlər görüb.

“Mən uzaqda olsam da, təşkilatın İdarə Heyətinin üzvü kimi görülən bütün işləri diqqətimdə saxlayır, sosial şəbəkələr və mətbuat vasitəsilə izləyirəm. Bu gün deyil, hər zaman türk dünyası bir olmalıdır. Bu birliyi qorumaqla, inkişaf etdirməklə biz düşmənlərimizə qalib gələ, möhkəm ola bilərik. Ramin Əhmədovun təbliğat startegiyasi uğurludur, təqdir edirəm. O, mükəmməl addımlar atır, önəmli layihələr həyata keçirir. Türk dünyasının tanınmış elm insanı olaraq, təmsil etdiyim bu birliyin həyata keçirəcəyi bütün layihələrdə hər zaman iştirak etməyə hazıram. TAİB-in təsisçisi Ramin Əhmədov başda olmaqla bütün üzvlərə uğurlar arzulayıram”-deyə TAİB üzvü bildirib.

Qeyd edək ki, Babaxan Şərif “XX əsr özbək şeri antologiyası” və “Ərkdən söylər bu dilim”, “Nizamilmülk siyasetname” adlı, ondan çox şeir kitablarının müəllifidir. “Kaşkarlı Mahmud”, “Karacaoğlan” beynəlxalq mükafatlarına, Türk dünyasına xidmətlərinə görə fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR