TAİB təmsilçiləri Qaxda ağacəkmə aksiyası keçiriblər – Türk Dövlətləri Təşkilatının şərəfinə – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qaxda iki günlük səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri rayonun Olimpiya Kompleksinin ərazisində ağacəkmə aksiyası keçiriblər.

Agsaqqallar.com Missiya.Az-a istinadən xəbər verir ki, Türk Ağsaqqalları Birliyi – TAİB-in təşəbbüsü və rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən aksiya Türk Dövlətləri Təşkilatının şərəfinə təşkil olunub.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin, qurumun məsul şəxslərinin və Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının sədri Natiq Allahverdiyevin də iştirak etdiyi aksiyada TAİB İdarə Heyətinin üzvləri tərəfindən onlarla ağac basdırılıb, hava şəraitinə davamlılığı təmin etmək məqsədilə bərkidilmə işləri aparılıb.

TAİB rəsmilərinə məlumat verilib ki, Qax rayonunda müntəzəm olaraq ağacəkmə aksiyaları keçirilir. İrimiqyaslı aksiyalardan biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə Qaxın ümumilikdə 17 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqəsini əhatə etmiş aksiyadır ki, həmin tədbirə rayonun 2 mindən çox sakini qatılıb. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar, eləcə də şəhidlərimizin xatirəsinə həsr olunmuş aksiyalar da təşkil olunub.

Elcan
Missiya.Az

 
                

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR