Prezident İlham Əliyev bu gün Gürcüstana işgüzar səfər edəcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.

Agsqqallar.com APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, Prezident İlham Əliyev səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Qeyd olunub ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.

Vurğulanıb ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR