Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin xüsusi açıqlaması

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyəti Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, AK Partiyanın sədr müavini Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın Azərbaycanda düşdüyü qəza ilə bağlı birgə açıqlama yayıb.

Açıqlamada deyilir:

“Baş vermiş hadisəni dərin üzüntü və təəssüf hissi ilə qarşıladıq. Türk dünyasının önəmli simaları olan şəxslərin Azərbaycanda avtomobil qəzasına düşməsi xəbəri Türk Ağsaqqalları Birliyi – TAİB rəhbərliyini və İdarə Heyəti üzvlərinin hər birini sarsıtdı. Əlbəttə, hər birimiz Allaha şükr etdik ki, qəza daha ağır nəticəyə səbəb olmayıb.

Sayğıdəyər Binəli Yıldırıma və Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsində özünəməxsus payı olan millət vəkili Şamil Ayrıma, eləcə də mühafizəçi Oğuzxan Dəmirçiyə Allahdan şəfalar diləyir və tez bir zamanda yenidən ayaqda olmalarını arzulayırıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR