TAİB nümayəndələri Qaxda Yunus Əmrənin ehtimal olunan məzarını ziyarət ediblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qaxda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB nümayəndələri rayonun Oncallı kəndində böyük Türk şairi və filosofu Yunus Əmrənin ehtimal olunan məzarını ziyarət ediblər.

TAİB nümayəndə heyətində təmsil olunan alimlər məzar başında çıxış edərək Yunus Əmrənin yaradıcılığı və fəlsəfi düşüncələri barədə maraqlı fikirlər səsləndiriblər.

Qeyd olunub ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir.

Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksəlmiş Yunus Əmrənin təkcə Anadolunun 10 müxtəlif ərazisində məzarı var. Ehtimal olunan məzarlardan biri də Azərbaycanın Qax rayonundadır. Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədilə dünyanı gəzmiş, mənəvi rahatlığını Qaxın Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır. Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu alimlər tərəfindən real ehtimal hesab edilir.

TAİB nümayəndələri hər iki məzarın üzərinə tər gülllər qoyub, burada uyuyan böyük fikir adanlarının ruhuna dualar oxuyublar.

Ziyarətdə TAİB təmsilçilərini Qax Rayonu İcra Hakimiyyətinin rəsmiləri müşayət edib.

 

  

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR