TAİB-in nümayəndələri Qaxda icra hakimiyyətinin başçısı ilə görüşüblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qax rayonunda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri İcra Hakimiyətinin başçısı Musa Şəkiliyevlə görüşüblər.

Türk Ağsaqqalları Birliyi –TAİB təmsilçilərini Qaxda görməkdən məmnun olduğunu bildirən M.Şəkiliyev böyük türk şairi və filosofu Yunus Əmrə yaradıcılığına həsr olunmuş konfransın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq konfransın uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Türk Ağsaqqalları Birliyi – TAİB-in fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edən icra başçısı Türk birliyinin möhkəmləndirilməsində vətəndaş cəmiyyəti nümayəndələrinin də üzərinə böyük vəzifə düşdüyünü deyib. Prezident İlham İlham Əliyevin Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atdığı addımlara diqqət yönəldən M.Şəkiliyev Türk Dövlətləri Təşkilatının gələcək perspektivlərindən də geniş şəkildə bəhs edib.

Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri də öz növbələlərində səmimi qarşılanmaya və konfransın keçirilməsinə yaxından dəstək göstərdiyinə görə icra başçısına təşəkkürlərini bildiriblər.

Görüşdə həmçinin TAİB-in fəaliyyəti, həyata keçirdiyi və nəzərdə tutulan layihələrdən də ətraflı şəkildə söz açılıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR