Azərbaycanlı dekanın araşdırmaları Ukraynanın dərs vəsaitində çap olundu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ukraynanın paytaxtı Kiyev şəhərində “Hüquqşünasların peşəkar fəaliyyətinin müasir əsasları” adlı dərs vəsaiti çap olunmuşdur (2022). Dərs vəsaitində xarici ölkələrin ( Azərbaycan, ABŞ, Türkiyə, Almaniya , Kanada, və s.) müasir hüquq sistemlərində hüquqşünasların peşəkar fəaliyyətinin əsasları və Ukrayna Respublikasında hüquq peşəsinin formalaşması tarixi, hüquqşunas fəaliyyətinin ümumi xarakteristikası , hüquqi fəaliyyətinin elmi əsasları , peşakar hüquq fəaliyyətinin psixoloji və sosioloji əsaları kimi problemlər müqayisəli-komporotiv tədqiq edilmişdir. Müasir dövrdə hüquq elminin inkişaf perspektivlərinin dərk edilməsinə əsas yanaşmalar və onun xüsusiyyətləri, aparılan islahatlar təsvir edilmişdir. Bu dərs vəsaiti hüquq sahəsində çalışan müxtəlif dünya alimlərinin komleks araşdırmalarının nəticəsidir. Azərbaycan və Türkiyə Respublikalarının hüquq sistemlərində hüquqşünasların peşəkar fəaliyyətinin əsasları və hüquq sistemlərinə aid olan məsələlər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı s.e.f.d., dos. Murtəza Həsənov tərəfindən araşdırılmışdır.
Dərs vəsaiti hüquqşünaslar, hüquq-mühafizə orqanları əməkdaşları, hüquq təhsili verən ali təhsil müəssisələrinin bakalavrları, magistrləri və bu sahədə tədqiqat aparan şəxslər, habelə hüquq ictmaiyyəti və praktiki fəaliyyət göstərən mütəxəssislər üçün üçün nəzərdə tutulmuşdur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR