Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadılır
Türkiyə hərbçilərinin Azərbaycanda yerləşdirilməsinə dair mandatın uzadılması təklif olunub.
Agsaqqallar.com APA-ya istinadən xəbər verir ki, bunun bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib.
Qanun layihəsində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin qalma müddətinin uzadılması qeyd olunub.