" />

Qarabağda “yaşıl enerji” zonası ilə bağlı məsul şəxslər müəyyən edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlərin effektivliyinin artırılması üçün tematik tədbirlər, həmçinin onların icrası ilə bağlı məsul şəxslər müəyyən olunub.

“Report” bu barədə Energetika Nazirliy yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən gün işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib. İclasda Dövlət Agentliyinin direktoru Cavid Abdullayev sədrlik etdiyi İşçi Qrupun oktyabrın 14-də keçirilmiş görüşü zamanı qəbul edilmiş qərarlar barədə məlumat verib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR