Özbəkistanın məşhur alimi: “TAİB Türk dünyasının düşünən beyni olacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 Haydarbek Bababekov Ermənistanın təcavüzkar siyasətindən danışdı

 

Türk Ağsaqqalları Birliyi -TAİB-in İdarə Heyətinin üzvü, Özbəkistanın “Turan” Akademiyasının prezidenti, Leybnis adına Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Nuri Xucand adına Mərkəzi Asiya Xalq Akademiyasının akademiki, tarix elmləri doktoru, “Turan tarixi” jurnalının baş redaktoru Haydarbek Bababekov Agsaqqallar.com saytına açıqlama verib.

Ermənistan -Azərbaycan münasibətlərindəki gərginliyi önə çəkən türk ağsaqqalı, erməni təxribatlarını pisləyərək, onların tarixi faktlara əsaslanan terrorçuluq və vandal əməllərindən bəhs edib. Son zamanlar Qarabağ zonasındakı sürətli inkişafdan fərəh duyduğunu bildirən akademik vurğulayıb ki, Ermənistanın işğalçı və təcavüzkar siyasətini pisləyir.

“Biz öz qardaşlarımızı – iki əsrə yaxın müddətdə ədalətsizliyə, etnik təmizləmələrə, soyqırımına, regionda müxtəlif haqsızlıqlara məruz qalan Azərbaycan türklərini dəstəkləyirik, qoy Ulu tanrı bizim qardaşlarımıza kömək olsun. Bu gün türk dünyasının seçilən ağsaqqallarının, ziyalılarının toplaşdığı Türk Ağsaqqalları Birliyi Türk dünyasının düşünən beyni, vuran ürəyi olacaqdır. Hamıya uğurlar!”- deyə, H. Bababekov bildirib. Qeyd edək ki, dəyərli türk ağsaqqalı TAİB-in ilk üzvlərindən biridir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR