Türkiyə Prezidentinin sözçüsü: “Ərdoğan hələ də Putin və Zelenskini bir araya gətirmək istəyir”
![](https://agsaqqallar.com/wp-content/uploads/2022/10/ibrahim-kalin.jpg)
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Volodimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putini görüşdürmək istəyir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, V.Putin indi – Rusiya Ukraynanın dörd vilayətini ilhaq edəndən sonra danışıqlar istəyir: “Bütün çətinliklərə rəğmən, diplomatiya qapısı açıq saxlanılmalıdır. Türkiyə Prezienti bunu bacarır”.
İ.Kalın söyləyib ki, böhran Ukraynanın ərazi bütövlüyü daxilində həllini tapmalıdır.