Qaxda Yunus Əmrəyə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək – TAİB-in daha bir təşəbbüsü

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Oktyabrın 20-də Qax rayonunda Türk Ağsaqqallar Birliyi – TAİB, Qax rayon İcra Hakimiyyəti, Dünya Türkologiya Mərkəzinin birgə təşkilatçılığı, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dəstəyi ilə böyük türk şairi və filosofu Yunus Əmrəyə həsr olunmuş, “Yunus Əmrə sözünün Türk özünüdərkinə təsiri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Konfransda TAİB və Qax rayonu İcra Hakimiyyətinin rəsmiləri, tanınmış alimlər, ədəbi-bədii camiənin təmsilçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edəcək.

Qax rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək konfransda “Yunus Əmrə dövrünün ictimai-siyasi həyatı”, “Mövlanə və Yunus Əmrə yaradıcılığı müqayisələr müstəvisində”, “Yunus Əmrə yaradıcılığının türk ədəbiyyatına təsiri”, “Türk birliyinin möhkəmləndirilməsi tarixi zərurət kimi” və “Şimal-Qərb regionunda tarixi abidələrin Azərbaycan mədəni irsində yeri” mövzularında məruzələr təqdim olunacaq.

Alimlər və ziyalılardan ibarət heyət TAİB-in təşkilatçılığı ilə oktyabrın 20-i səhər saatlarına Qaxa yola düşəcəklər. Səfər oktyabrın 21-də başa çatacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR