Göyçayda “Ailə Modelinin gənclər arasında təbliği” adlı tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyinin “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində Göyçay rayonunda maarifləndirici təlimi keçirilmişdir. Tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Zivər Zeynalova açaraq bildirdi ki, təlim aktual bir problemə müasir ailə modelinin təbliğinə həsr olunmuşdur. Birliyin sədri Samirə Mustafayeva çıxış edərək göstərdi ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl milli adət -ənənələrimizlə tərbiyə olunmalıdır. Sonra layihənin eksperti Nailə İsmayılova şıxış edərək layihənin uğurla icra olunması ilə bağlı təlim iştirakçılarına məlumat verdi. Təlimçi Əsgərova Mətanət müasir ailə modellərinin növləri və formaları haqqında, onları fərqləndirən xüsusiyyətlər haqqında məlumat verdi. Təlimin gedişində iştirakçıların sualları cavablandırıldı, müasir ailə modeli ilə bağlı bir sıra məsələlər müzakirə olundu. Sonda çay süfrəsi arxasında müzakirələr davam etdi.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR