“Artıq bundan sonra Avropa qaz almaq üçün Türkiyənin qapısını döyəcək…”
Hulusi Kılıç: “Bu, ilahi ədalət kimi dəyərləndirilməlidir”
“Rusiya prezidenti Putinin “Türkiyə qaz mərkəzi olacaq” açıqlaması yeni reallqılardan xəbər verir”.
Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA-nın Türkiyə nümayəndəsi, Türk Ağsaqqalları Birliyinin həmsdəri Hulusi Kılıç bildirib.
Sabiq səfir qeyd edib ki, bu yenilik Türkiyənin siyasi-iqtisadi gücünün daha da artmasına səbəb olacaq:
“Artıq bundan sonra Avropa qaz almaq üçün Türkiyənin qapısını döyəcək. Bu, həm Türkiyənin, həm can Azərbaycanın geostrateji önəmini artıracaq.
Türkiyə qazının bir bölümünü can Azərbaycandan, bir hissəsini İrandan, daha çox hissəsini isə Rusiyadan almaqdadır. Bundan sonra Rusiya Türkiyə vasitəsi ilə ixrac edilən qazın miqdarını artıracaq və Türkiyə bir qaz mərkəzinə çevriləcəkdir. Bu da bizim gücümüzü artıracaq. Bu, Ermənistana dəyər verən Avropanın da gözünü açacaq. Avropa onları soyuqdan qurtaran ölkənin Türkiyə olduğunu, Ermənistanın onlara heç nə vermədiyini anlayacaqdır.
Həm Türkiyə, həm Azərbaycan Ermənistanın bir dövlət olmasını arzu edir. Bizim erməni xalqı ilə düşmənliyimiz yoxdur. Dolayısı ilə, əgər Avropa dürüst davranacaqsa, o zaman Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması üçün gərəkli addımlar atmalıdır. Bizim gözləntimiz budur. Əks-təqdirdə, proseslərin uzanması Ermənistanın əleyhinə olacaq.
Azərbaycan və Türkiyə Ermənistana möhtac deyildir. Son hadisələr fonunda Türkiyə Putinin məlum açıqlamasından məmnunluq duymaqdadır. Ikitərəfli əlaqələr fonunda Putinin Türkiyəyə verdiyi önəm bizi daha da güclü etməkdədir. Bizim gücümüz isə Azərbaycanın gücüdür. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq.
Siyasi gücümüz artdıqca, Türkiyə və Azərbaycan bölgədə qazın qiymətini tənzimləyən iki güc mərkəzi kimi olacaq.
Putinə Türkiyəyə verdiyi dəyərə görə minnətdarıq. Minnətdarılq ki, Putin Türkiyə ilə bağlı gerçəkləri görür. Hər şeyin məhz belə olması gərəkirdi. Bu, Avropa üçün də bir dərsdir. Onlar Putinin dediyi kimi, bu qış nə olacağını görəcəklər. Bu, Putinin Avropaya kəsdiyi cəzadır.
Avropa hər zaman ikili standartlardan çıxış etmişdir. İstəyirik ki, Avropa dürüst olsun, dünya barışına töhfə versin. Tək istəyimiz budur.
Biz illərdir ki, Avropanın ikili oyununu görürük. Odur ki, baş verənləri ilahi ədalət kimi qiymətlədnirməyimiz daha doğrudur.
Türkiyənin enerji mrəkəzi olması bizləri sevindirməkdə və qürurlandırmaqdadır. Atatürkün də dediyi kimi, Türkiyənin sevinci Azərbaycanın sevincidir. Türkiyə ilə bağlı yenilik hər birimiz üçün xeyirli, uğurlu olsun!”