Ermənilər Azərbaycanın diaspor sədrindən şikayət etdilər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Niderland polisi Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının evinə gəlib.
AzVision.az xəbər verir ki, bu barədə -a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“İlhan Aşkın uzun illərdir ki, erməni lobbisinə qarşı sivil şəkildə mübarizə aparır. Guya İlhan Aşkın erməniləri təhqir edib. O, Türkiyədə olduğu üçün polislərin suallarını oğlu cavablandırıb. Türkiyədən geri qayıdandan sonra məlum proseslərlə bağlı açıqlama yayacaq. Erməni lobbisi artıq həddini aşır. Burada məqsəd Azərbaycan diasporunun və önəmli simalarının fəaliyyətini məhdudlaşdırmaqdır. Şikayətin olması təsadüfi deyil. Belə ki, bu günlərdə sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan əsgərlərimiz üçün Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyində ehsan süftəsi açılıb. Proqramda Türk-İslam Mədəniyyəti Vəqfinin sədri, Benilüks Azərbaycanlılar Konqresinin sədri, “On dörd Mahsumlar Məscidi”nin, “Əhlibeyt” məscidinin imamı və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən şəxslər şəhidlərimizə dualar oxuyublar. Ermənistanın hücumlarını pisləyiblər”, – ekspert deyib.

Tural Tağıyev,
AzVision.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR