Azərbaycan həm hərb, həm də diplomatiya meydanının qalibidir.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Sentyabrın 13-dən sonra baş verənlər göstərdi ki, Ermənistanın bu hərbi təxribatı bumeranq effekti verərək öz başında çatladı. Əvvəla, qeyd etdiyimiz kimi, döyüşlərdən sonra Azərbaycan daha güclü siyasi və hərbi mövqe qazandı. Baş verən son toqquşmalarda Ermənistan ordusu canlı qüvvə və hərbi texnika baxımından ciddi itkilərə məruz qaldı. Düşmənin Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi.
Bununla yanaşı, Ermənistan rəhbərliyinin və erməni təşkilatlarının əvvəlcədən planlaşdırdıqları hay-həşir, telefon zəngləri, bəyanatlar və müraciətlər heç bir effekt vermədi. Ermənistan Azərbaycana qarşı hansısa beynəlxalq qınağın baş verəcəyini, təzyiqlərin olacağını gözləsə də, niyyəti püç oldu. Ayrı-ayrı dövlətlərin və təşkilatların bununla bağlı açıqlamalarında Ermənistanın gözləntiləri ifadə olunmadı.
N.Paşinyanın sentyabrın 12-dən 13-nə keçən gecə keçirdiyi təhlükəsizlik şurasının iclasında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi qərara alınmışdı. Lakin əvvəllər olduğu kimi, bu dəfə də Ermənistan KTMT-ni öz təxribatçı oyunlarına alət edə bilmədi. KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidorov bildirdi ki, təşkilat Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. Təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəslədiyini deyən A.Sidorovun sözlərinə görə, münaqişənin həlli üçün hərbi güc tətbiq edilməsindən, xüsusilə də KTMT qüvvələrindən istifadə olunmasından söhbət getmir.
Azərbaycan Ordusunun gücü bir daha döyüş meydanında öz təsdiqini tapdı. Bu hadisələr zamanı Ermənistanın siyasi avantüralarına zərbə vuran əsas amillər isə Prezident İlham Əliyevin şəxsi və siyasi nüfuzu və Azərbaycanın beynəlxalq münasibətlərdəki güclü mövqeyidir. Ona görə Azərbaycan həm hərb, həm də diplomatiya meydanının qalibidir.
Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.

Tənzilə Lətifova Nizami Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR