" />

Serdar Ünsal:”Gənclərin TAİB-də təmsil olunmaları təşkilatın potensial gücünü daha da artıracaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

” Bu gün türk gəncliyi sözün həqiqi mənasında hər sahədə dastanlar yaradır. Biz bunu 44 günlük müharibədə daha aydın gördük”.

Bu sözləri agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Serdar Ünsal deyib.

O, bildirib ki, Türk Ağsaqqalları Birliyində təmsil olunan gənclərimiz də az deyildi. Müzakirələr və keçirilən görüşlərdən sonra təşkilatın gənclər qolunun yaradılması təqdirəlayiqdir. “Rəqəmsallaşan dünyada gənclərin bilik və bacarıqlarını ağsaqqal müdrikliyinə qatmaq daha səmərəli işlər ortaya qoyacaq.

Türk ağsaqqallarının birliyilə yanaşı türk gənciyinin də birlik halına gəlməsi türk birliyinin möhkəmlənməsi və türk tarixinin qorunmasına böyük töhfə olacaq”-deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR