Azad edilmiş ərazilərdə müasir şəhərsalma layihələrinin icrası davam edir.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci ssesiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edib.
Çıxışında müasir şəhərsalmanın problemlərinə toxunan İlham Əliyev hazırda işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarındakı vəziyyət və eyni zamanda həyata keçirilən qlobal layihələr barəsində geniş məlumat verib.
Azərbaycan azad olunmuş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirilir, “ yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.
Məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün ilk pilot layihə “Ağıllı kənd” layihəsi Zəngilan rayonunun Agalı kəndində reallaşdırılıb. Artıq bu kəndə ilk sakinlər köçürülüb və bununla da “Böyük qayıdış”a uğurla start verilib.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə səkkiz aydan az müddət ərzində müasir beynəlxalq hava limanı inşa edib və hazırda bu limandan geniş istifadə olunur. Azad olunmuş Zəngilan və Laçın rayonlarında da hazırda yeni hava limanlarının tikintisi aparılır.
İşğaldan azad olunmuş bir sıra şəhərlərin baş planı hazırlanıb və həmin planlara uyğun olaraq layihələr icra olunur.
Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsiliyi üzərində qurulub.
Cənab Prezident çıxışında rəsmi İrəvanın cinayətlərini bir daha konfrans iştirakçılarına çatdırıb: “Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki,əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”.
Hazırda işğal olunmuş ərazilərdə ən əsas məsələlərdən biri ərazilərin minalardan təmizlənməsidir. Kütləvi minalanma köçkünlərin öz doğma yurdlarına qayıdışını ləngidir. İşğal dövründə Ermənistan tərəfindən bütün ərazilərdə ilkin hesablamalar görə bir milyondan artıq mina basdırıb. 2020-ci il noyabr ayından müharibə başa çatdıqdan sonrabu günə kimi 220-dən artıq Azərbaycan vətəndaşı mina partlaması nəticəsində həlak olub və ağır yaralanıb.
Bütün bunlara baxmayaraq bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq və yenidənqurma işləri çox sürətlə davam etdirilir. Cənab Prezidentimizin rəhbərliyi, şəxsi göstərişləri və birbaşa nəzarəti altında həmin ərazilərdə yeni infrastruktur layihələrinin icrası həyata keçirilir.
Möhtərəm Prezidentimizin dediyi kimi- “Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməlik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək”.
İşğaldan azad olunmuş ərazilərə aparılan böyük quruculuq və yenidənqurma işləri Azərbaycan dövlətinin nüfuzunun və gücünün bariz nümayişidir və əminik ki, tezliklə bu diyar da ölkəmizin digər regionları kimi əsil cənnətə çevriləcəkdir.

Yəhya Ağayev
Nizami rayon Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR