Böyük xilaskarlıq missiyası

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın müstəqilliyinin ilk günlərindən ölkədə sabitlik yox idi. Bir tərəfdən Qarabağ problemi, silahlı qarşıdurma, insan təlafatı, digər tərəfdən ölkə rəhbərliyində boşluqlar və səriştəsizlik ucbatından bütövlükdə respublikada anarxiya hökm sürürdü. 1993-cü il may-iyun aylarında vəziyyət daha kritik vəziyyətə gəlmişdir. Müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdır. Ölkənin yeni siyasi liderə böyük ehtiyacı vardı.
Bu vəziyyətdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə bağlı çıxışlar etməyə başladı. Həmin dövrün rəhbərliyi də Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldular.
15 iyun 1993-cü ildə parlamentin tarixi iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin iclasda Heydər Əliyev tarixi bir çıxış edərək demişdir:”Azərbaycan xalqının bü günkü ağır və gərgin vəziyyətini tam məsuliyyətimlə anlayıram, bu və yaranan digər problemlərin həlli üçün əlimdən gələni edəcəyəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”
Çox keçmədi həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti olan Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-ə keçən gecə heç kimə məlumat vermədən Bakını tərk edərək Naxçıvana doğulduğu Kələki kəndinə getdi. Ölkə prezidentsiz qaldı. Bu vəziyyəti daha da gərginləşdirdi. Belə olan halda Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə tarixi qərar qəbul olundu.
Bütün məsuliyyəti öz üzərinə götürən Ulu Öndər tezliklə Milli Məclisdə yenilənmə apardı, iclaslarda etik normalara riayət etmə qaydalarını qüvvəyə mindirdi, ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.
Lakin avqust ayında Azərbaycanın cənub bölgəsində yeni bir seperatizm meylləri baş qaldırdı, Əlikram Hümbətovun dırnaqarası rəhbərliyi ilə “Talış-Muğan Respublikası” elan olundu, ölkədə vəziyyət gərginləşdi. Heydər Əliyev öz müdrikliyi, təcrübəsi və diplomat qabiliyyəti ilə məsələnin həlli yollarını tapdı, həmin bölgənin deputatları, ziyalıları və ağsaqqalları ilə məsələni müzakirə etdi, xalqın dəstəyi ilə “Talış-Muğan Respublikası”nın üstündən birdəfəlik xətt çəkdi və 17 iyunda bu məsələyə Milli Məclisdə siyasi qiymət verildi, günahkarlar öz layiqli cəzalarını aldılar.
Heydər Əliyev özünün siyasi təcrübəsi və xüsusi bacarığı ilə bütün yaranmış problemlərin öhdəsindən məharətlə gəldi. Məhz bu keyfiyyətləri və gördüyü taleyüklü tədbirlərə görə Heydər Əliyevə ümumxalq məhəbbəti qazandırdı. Heydər Əliyeviv həyata keçirdiyi yeni siyasi və iqtisati inkişaf strategisı nəticəsində müasir və müstəqil Azərbaycan quruldu.
15 iyun Milli Qurtuluş Günündən başlayan müstəqil, demokratik dövlət quruculuğu sonrakı mərhələlərdə daha da inkişaf etdirildi. Bu gün cənab Prezidentimiz İlham Əliyevin möhtəşəm fəaliyyəti nəticəsində Azərbaycan Respublikası özünün ən parlaq dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dönmədən davam etdirən möhtərəm Prezidentimiz qüdrətli və güclü Azərbaycan naminə böyük işlərə imza atır.
Cənab Prezidentimizin titanik fəaliyyəti və gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmiz Avroatlantik məkanda mühüm  strateji  mərkəzə, Cənubi Qafqaz regionunun  liderinə,  sürətlə  tərəqqi  edən, transmilli layihələri  reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə  ev sahibliyi edən qüdrətli dövlətə çevrilib.

Mayıl Əliyev
Nizami Rayon Ağsaqqallar Şurasının sədri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR