Beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə xidmət edən tədbir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Regionun ən güclü və qüdrətli dövləti olan, dünya arenasında böyük nüfuz qazanmış müstəqil Azərbaycanımızda beynəlxalq tədbirlərin, forumların keçirilməsi artıq ənənə halına çevrilib. IX Qlobal Bakı Forumu növbəti belə tədbirlərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra təkcə Ermənistanla deyil, onun dəstəkçiləri ilə də apardığı siyasi və diplomatik mübarizədə bu cür mötəbər forumların və müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi çox vacibdir. Hazırda zamanın və şərtlərin lehimizə işlədiyi postmünaqişə dönəmində tarixi qələbəmizi tam rəsmiləşdirilmək və regionla bağlı ortaya qoyduğumuz yeni reallığın şərtlərini bütün dünyaya qəbul etdirmək üçün belə mötəbər tribunaların rolu əvəzolunmazdır. Bu cür önəmli beynəlxalq tədbirlərin və oradakı çıxışların fonunda Azərbaycana qarşı aparılmaqda olan qara piar kampaniyası tamamilə mənasız görünür.
Forumda yeni reallıqlarla bağlı mühüm təkliflər səsləndirilib, qlobal təhdidlərə qarşı dünya birliyinin həmrəyliyi önə çəkilib.
Azərbaycan bu gün sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayır, ölkəmizdə milli maraqlara xidmət edən bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıq prinsiplərini əsaslanan siyasət həyata keçirilir. Bütün xoşniyyətli tərəfdaşlar üçün Azərbaycan unikal bir məkana çevrilib. IX Qlobal Bakı Forumu bunu bir daha təsdiqləyir.

Nərmin Cəfərova

Nizami rayon sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR