“Türkiyə Çağdaş Azərbaycan Dərnəyi” İzmirdə Cümhuriyyətin yaranması ilə bağlı tədbir keçirib – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin İzmir şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü və Bakı–İzmir qardaşlığının 37-ci ildönümü münasibəti tədbir keçirilib.

Bu barədə Ağsaqqallar.com-a “Türkiyə Çağdaş Azərbaycan Dərnəyi”nin başqanı, Türk Ağsaqqalları Birliyinin (TAİB) idarə heyətinin üzvü Mustafa Qaraçanta məlumat verib.

“İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyi” silsilə olaraq Azərbaycanla bağlı tədbirlərini davam etdirir. 

Bu dəfəki mərasimdə “Azərbaycan mədəniyyəti günləri” adlı proqramlar, rəsm sərgisi, piano-kaman resitalı, “Təbriz gecəsi” təşkil edib. Həmçinin mayın 28-də Müstəqillik Günü, mayın 29-da isə  Şuşa ilə bağlı “Şuşa gecəsi” adlı proqramlar keçirilib. 

Tədbir solo konsertlə yekunlaşıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR