Vüqar Ağayev:”TAİB-in yaranması Yaponiyada yaşayan türkdillilərin də marağına səbəb olub”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev bu gün Türk Ağsaqqalları Birliyi-TAİB-in qonağı olub. Təşkilat Komitəsinin üzvləri Nicat Hüseyn Dağlar, Eyvaz Hünbətov, Elnur Eltürk və Şərafət Şəfa tərəfindən hörmətlə qarşılanan qonağa təşkilatın indiyə qədər gördüyü işlər barədə məlumat verilib, məqsəd və məramından danışılıb. Tanınmış jurnalist də öz növbəsində təşkilata marağının yaranmasının səbəblərindən danışb. O, qeyd edib ki, təşkilatın yaranması xəbərini böyük sevinclə qarşılayıb, fəaliyyətini izləməyə başlayıb. “Ən çox diqqətimi çəkən məqam o oldu ki, təşkilat qısa bir müddət ərzində böyük auditoriya toplayaraq, beynəlxalq konfranslarla çıxış etməyə başladı. Bu da onu göstərir ki, təşkilat tam vaxtında yaradılıb və böyük məsuliyyət yükünü daşıyır çiyinlərində. TAİB-in yaranması Yaponiyada yaşayan türkdillilərin də marağına səbəb olub.  Təşkilatın  az bir müddətdə böyük səs yaratmağı onun düzgün istiqamətləndirməsinin bariz nümunəsidir. Mənim fəaliyyətim Yaponiya bürosu ilə yanaşı, Avstraliya, İndoneziya, Malayziya, Filippin və Papua-Yeni Qvineya kimi ölkələri əhatə edir. Bu ölkələrdə yaşayan tanınmış türkdilli insanların, eləcə də türkoloq və türksevərlərin diqqətini özünə çəkə biləcək bu təşkilatda təmsil olunmaq üçün vətənə gəldiyimdə sizi ziyarəti özümə borc bildim. Türk birliyinin inkişafına az da olsa dəstək vermək məmnunluğunu yaşamaq da bir ayrı zövqdür. İnşaallah, gələcəkdə birlikdə böyük layihələrə imza atarıq. Rəhbərliyə və sizlərə dərin təşəkkürümü bildirir, sizə bol-bol uğurlar arzulayıram!”-deyən Vüqar Ağayevin üzvlük məsələsi təşkilat komitəsi tərəfindən müzakirə edilib. Tanınmış jurnalistin gəlişi və adı rəhbərliyə ərz edilərək üzvlər siyahısına əlavə edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR