" />

Hulusi Kılıç:”Heydər Əliyev təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, həm də türk dünyasının dahisidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Dünya şöhrətli siyasi xadim və dövlət xadimi Heydər Əliyevi sevgiylə anırıq! O, təkcə Azərbaycan xalqının ümummilli lideri deyil, həm də türk dünyasının dahisidir”.

Bu sözləri Agsaqqallar.coma açıqlamasında türk dünyasının tanınmış diplomatı, TAİB-in Türkiyə üzrə həmsədrliyə namizədi Hulusi Kılıç söyləyib. O deyib ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail olub. Qısa zamanda ölkədə inkişaf və quruculuq başlayıb.

H. Kılıç bildirib ki, Heydər Əliyev kimi şəxsiyyətlər qurub-yaratmaq eşqi ilə yaşayırlar. Dahi şəxsiyyətin gördüyü işlərin bəhrəsi uzun illər Azərbaycanda və Türkiyədə özünü göstərəcək. “Bu gün biz bir daha əmin olduq ki, Heydər Əliyev tarixdə dərin iz buraxmaqla yanaşı, həm də layiqli davamçı bəxş edib”-deyə diplomaq qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR