Nizami RİH və Missiya Media Qrupu Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş boks turniri keçirdi – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Aprelin 30-da Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş boks turniri keçirilib. Turnirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Agsaqqallar.com
 xəbər verir ki, yeniyetmə idmançılar arasında müxtəlif çəki dərəcəsində keçirilən turnir, Nizami rayon İcra Hakimiyyəti, Missiya Media Qrupu və Nizami rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

“Sədərək” İdman Kompleksində keçirilən turnirdə Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Ağsaqqallar Şurasının Nizami rayon təşkilatının rəhbəri Mail Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin rəhbəri Məhi Mehtiyev, Nizami rayon İdman və Gənclər İdarəsinin rəisi Vasif İsayev, Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü Eyvaz Hünbətov, Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov, Missiya Media Qrupun baş redaktoru Nicat Dağlar, dünya çempionu Xəyal Əhmədov, veteran idmançılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə idmana göstərilən qayğıdan danışıb və bildirib ki, Azərbaycan gəncliyi daim bayrağımızı dünyanın mötəbər yarışlarında dalğalandırıb, böyük uğurlara imza atıb.

Bəhman Hüseynov bu tipli idman yarışlarının ölkəmizdə idmanın inkişafına töhvə verdiyini bildirib və qeyd edib ki, Nizami rayonunda bundan sonra da anloji idman tədbirləri keçiriləcək. Nizami rayon İdman və Gənclər İdarəsinin rəisi Vasif İsayev isə çıxışı zamanı Azərbaycanda idmanın inkişafına həm Ulu Öndər Heydər Əliyevin, həm də prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətin daim diqqət göstərdiyini vurğulayıb və həyata keçirilən idman siyasətinin ölkə gəncliyinin sağlam yetişməsinə, bayrağımızın nüfuzlu yarışlarda dalğalanmasına xidmət etdiyini deyib.

Açılış mərasimində çıxış edən Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar təmsil etdiyi media orqanının həm sosial layihələrinin, həm də idman yarışlarının Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə həyata keçirdiyi siyasətə dəstək məqsədi daşıdığını deyib.

O bildirib ki, Missiya Media Qrupu ilk dəfədir ki, idman turniri təşkil edir və bundan sonra bu tipli yarışlar sistemli şəkildə keçiriləcək.

Çıxışlardan sonra idman yarışına start verilib. Yüksək tamaşaçı dəstəyi və əsl idman emosionallığı ilə müşaiyət olunan döyüşlərin sonunda qaliblər mükafatlandırılıb. Müxfəlif çəki dərəcəsində qalib  olan idmançılara Nizami rayon İcra Hakimiyyətinin, Nizami rayon İdman və Gənclər İdarəsinin Missiya Media Qrupunun rəhbərliyi və rayonun ictimaiyyət nümayəndələri tərəfindən diplom, medal, kubok və mükafatlar təqdim edilib.

Qeyd edək ki, idman tədbirinin aparıcısı məşhur radio və televiziya aparıcısı Cavid Osmanov idi.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR