Danimarkanın türk əsilli siyasətçisi: ”Azərbaycanda Türk Ağsaqqalları Birliyinin yaranması xəbəri məni sevindirdi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Arhus  Şəhər Bələdiyyə Məclisinin üzvü, Danimarka parlamentinin türk əsilli keçmiş deputatı Hüseyn Arac Türk Ağsaqqalları Birliyinin yaranması münasibətilə birliyin üzvlərini təbrik edib.

“Azərbaycanda Türk Ağsaqqalları Birliyinin yaranması xəbəri məni hədsiz dərəcədə sevindirdi. Belə birlik yaranması zəruridir. Mümkün olduğu qədər Azərbaycanda baş verən hadisələri sosial şəbəkə, mətbuat vasitəsi ilə izləyirəm. Azərbaycanda bizim vətənimizdir”.

Hüseyn Arac Türk Ağsaqqalları Birliyinin türk toplumunun inkişafına xidmət edəcəyinə inandığını qeyd edib.

“Beynəlxalq arenada Türk mədəniyyətinin, tarixinin, ədəbiyyatının tanıdılmasına xidmət edən fəaliyyətləri alqışlamaq lazımdır. Bütün birliyin üzvlərini yeni fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR