Ramin Əhmədov: “Paşinyan Rusiyaya xəyanət yolunu tutub”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənistanın baş naziri Nikol Paşinyan fürsət düşdükcə anti-Rusiya siyasətini genişləndirməyə çalışır. Paşinyan hökumətdə müxtəlif postlara qərbyönlü məmurları təyin etməklə Moskvanın İrəvandakı nüfuzunu sıfıra endirməyə maraq göstərir. Hazırda proseslər göstərir ki, Nikol Paşinyan Qərblə Rusiya arasında yaşanan gərginlikdən fürsət kimi istifadə etməyə çalışır. Ukrayna-Rusiya müharibəsi fonunda Nikol Paşinyanın Fransaya səfər etməsini Moskvaya növbəti dəfə arxadan zərbə endirmək cəhdi kimi qiymətləndirmək olar”.

B
u sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Qərb-Rusiya qarşıdurması fonunda Fransaya səfər etməsini şərh edərkən deyib.

Ramin Əhmədov bildirib ki, Rusiya hakimiyyəti də Nikol Paşinyanın qərbyönlü siyasətinin fərqindədir:

“Paşinyanın Fransaya səfəri və səfər çərçivəsində Rusiyaya tətbiq edilən sanksiyaların icrasında aparıcı rol alan diplomatlara görüşməsi təbii ki, Moskvanın maraqlarına uyğun deyil. Paşinyan da Moskvanın onun xarici siyasətindən narazı olduğunu yaxşı başa düşür. Amma buna baxmayaraq, hakimiyyətə gələndə üzərinə götürdüyü missiyanı canla-başla yerinə yetirməyə çalışır. Rusiya hakimiyyəti də Paşinyanın Moskvaya qarşı oynadığı oyunlardan xəbərdardır”.

Nikol Paşinyanın Rusiyaya qarşı yürütdüyü siyasətin İrəvan üçün acınacaqlı nəticələri olacağını deyən Ramin Əhmədov bildirib ki, Ermənistan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhtdən Moskvanın forpostudur:

“Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazası var. Həmçinin Ermənistanın enerji sistemi, dəmir yolları, dövlət sərhəd xidməti və digər strateji sektorları Moskvanın nəzarəti altındadır. Yəni Ermənistan Rusiyadan asılı dövlətdir və Moskva ilə hesablaşmağa məcburdur. Lakin göründüyü kimi, Paşinyan Rusiyaya xəyanət etmək üçün fürsət axtarır. Onun Ermənistanın mövcudluğunu qoruyub saxlamasında böyük rola malik Rusiyaya qarşı davranışları yəqin ki, cavabsız qalmayacaq. Erməni mətbuatında da bu barədə müxtəlif informasiyalara rast gəlinir ki, Paşinyanın hazırkı addımları Moskvanı qıcıqlandırır. Amma o da həqiqətdir ki, Paşinyanın hərəkətlərində təəccüb doğuran heç nə yoxdur. O, xəyanətə meyilli olduğunu dəfələrlə nümayiş etdirib. İndiki halda rəsmi İrəvan ən yaxın müttəfiqinin, ən böyük dəstəkçisinin yanında dayanmalı idi. O isə Rusiyanın ağır vəziyyətində Qərbdəki ağalarının yanına qaçdı. Çox güman onun bu hərəkəti Moskvanın adekvat addımlar atmağa məcbur edəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR