YAP Nizami Rayon Təşkilatı ilə Missiya Media Qrupunun birgə 8 Mart aksiyası – Şəhid ailələri ziyarət olundu – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Missiya Media Qrupu  8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə birgə aksiya keçiriblər. YAP Nizami RT, Missiya Media Qrupunun rəhbərliyi, eləcə də fəallar aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin analarını, həyat yoldaşlarını ziyarət edib, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, hədiyyələrini təqdim ediblər.

 

Ünsiyyət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Bildirilib ki, şəhid anaları doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə yerinə yetiriblər.

 

Şəhid ailələrinin üzvləri də öz növbəələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR