Ersin Tatar TÜRKSOY-un “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyədə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərargahını ziyarət edib və TÜRKSOY tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təsis edilən “Nizami Gəncəvi” medalı ilə təltif olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının katibliyindən verilən məlumata görə, “Nizami Gəncəvi” medalı Ersin Tatara TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tərəfindən təşkilatın mərkəzi qərargahında təqdim olunub.

Ersin Tatar həyat yoldaşı Sibel Tatar ilə birlikdə TÜRKSOY-dakı Şimali Kipr rəssamlarının və fotoqraflarının rəsm və foto əsərlərindən ibarət sərgisi, türk dünyasına aid mədəniyyət nümunələri, təşkilatın fəaliyyəti, eləcə də təsis etdiyi mükafatlarla tanış olublar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR